Menu

GENERALLAR MƏSULİYYƏTİ BİR-BİRİNİN ÜZƏRİNƏ ATIR - “Mənim boynuma nəsə yıxmaq istəyirsə...”

15.02.2022, 19:42
GENERALLAR MƏSULİYYƏTİ BİR-BİRİNİN ÜZƏRİNƏ ATIR - “Mənim boynuma nəsə yıxmaq istəyirsə...”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir.

Baş tutan məhkəmə proseslərində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi gündəmə gəlib.

Mövlam Şıxəliyev və digərləri onun da məsuliyyət daşıdığına işarə vurub. General ötən proseslərdə “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”, - deyə o qeyd edib.

Manset.az məhkəmədə adıçəkilən Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovla əlaqə saxlayıb.

O, sayta açıqlamasında məsələyə belə münasibət bildirib: “Mən heç hara çağırılmamışam. Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir, o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin, işi ilə məşğul olsun!”.

Qeyd edək ki, bu gün keçiriləcək növbəti məhkəmə prosesində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindiriləcəyi bildirilirdi.

Şərhlər

Veteran 2022-02-16 13:48:39

SUAL: Bu yırtıcılar necə olduki böyük vəzifələrə və general rütbələrinə asanlıqla nail oldular?Cavab: Deməli bunlar ANTİMİLLİ ÜNSÜRDÜRLƏR onun üçün.

Patriot 2022-02-16 00:00:25

Rùstem Ùsubov qoca qurd būtūn bu işlerin başinda dayanib

Еlxan 2022-02-15 22:00:26

Prorab Zakirin bundan artig muavini olmayacag ki.bir az higugi biliyi olan bilir ki, mtn gebul etdiyi prosesul gerarlar prokurorun raziligi ole gebul edilir. Hebs geti imkan tedbiri ise bilavasiye onun Gerard ike. Tagi demishen burcutma

Tahir 2022-02-15 18:18:47

Siz Allah bunun verdiyi cavabın səviyyəsizliyinə diqqət edin. Uzun illər ölkənin baş prokurorunun ən birinci müavini olub. Normal cümlə də qura bilmir. "Getsin işi ilə məşgul olsun" nə demək. Mövlan dustaqdır. Onun nə işi ola bilər ki?

Xazar 2022-02-15 16:33:09

Bunların hansına daha çox iş düşür, demək çətindir... Hər birinə -ımlakları müsadirə olunmaqla ən azə 20 il vermək lazımdır. Allah lənət eləsin, məqalədə adı gedənlərin hamısına

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol