Son on il ərzində 6 Azərbaycan vətəndaşı Ermənistanda mülk alıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistanın Kadastr Komitəsinə istinadla xəbər yayıb.
Xəbərdə deyilir ki, bu illər ərzində ümumilikdə 71 Türkiyə vətəndaşı və 6 Azərbaycan vətəndaşı ilə mülkiyyət müqaviləsi bağlanılıb: "2010-2021-ci illərdə Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak hüququnun qeydiyyatına dair 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib".
Qurum Azərbaycan vətəndaşlarının 2012, 2018, 2019-cu illərdə mənzil aldığını bildirir. Qeyd edir ki, bir mənzil hətta hədiyyə kimi alınıb. Həmçinin, 1 Azərbaycan vətəndaşı ictimai əhəmiyyətli obyekt alıb.
Ancaq məlumatda mülkiyyət sahiblərinin milliyəti göstərilmir və qeyd olunur ki, söhbət məhz azərbaycanlılardan yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.
Odur ki, sözügedən şəxslərin neçəsinin erməni, yaxud digər millətdən olduğu açıqlanmır. Məlumatda həmçinin, Türkiyə vətəndaşlarının hər zaman Ermənisdtanda mülk almağa meylli olduqları vurğulanır.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Bircə bu çatmırdı.AZərbaycanda qazanan pulları hətta Erçəml nistana daşımaq! Bəs bizim nəzarət orqanları nə ilə məşğuldur?
Güman ki, onlar azərbaycanlı kimi tanınıan ermənilərdir...
Bu 71 və 6 vətəndaş çox ehtimal ki, ermənistanda erməni kimi olublar,geri dönəndə türk və ya Azərbaycan vətəndaşı olublar.Bəs Təhlükəsizlik xidməti bu məsələyə necə baxıb?Araşdırma aparılıbmı?
Anası ermələrdir onlar. Düşmən qanı olmayan bunu etməz
Bunlar yezidi kürdlərdir.