Menu

"Ölkədə dövlətə problem yaradacaq Mehdiyevə bənzər şəxslər var" - "Onlar da nəticə çıxarmalıdırlar..."

15.02.2022, 16:10
"Ölkədə dövlətə problem yaradacaq Mehdiyevə bənzər şəxslər var" - "Onlar da nəticə çıxarmalıdırlar..."

Dünən, fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev nəhayət istefa verdi. Ölkənin əsas gündəm hadisəsinə çevrilən bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, deputatlar, siyasətçilər, elm adamları mediada davamlı olaraq çıxışlar edərək onu istefaya səsləyirdilər.

Maraqlıdır, bundan sonra Azərbaycan elmində, siyasətində nələr dəyişəcək?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a deyib ki, R.Mehdiyev amili cəmiyyətdə həmişə birmənalı qarşılanmayıb: "Daha çox tənqid hədəfinə çevrilib. Cəmiyyətin bütün seqmentləri Ramiz Mehdiyev amilinə tənqidi mövqe göstərib. Bu, heç kəsin günahı deyil, bu özünün əməllərindən doğan yanaşmalardır".

Onun fikrincə, R.Mehdiyev baş vermiş hadisələrdən nəticə çıxarmalıdır: "Bundan sonra kitab, memuar da yaza bilər. Amma bu kitablarda Azərbaycan dövlətçiliyinə təhlükə törədə biləcək fikirlərdən uzaq olmalıdır. Yaxşı olardı ki, o, bundan sonrakı həyatını sakit, qalmaqaldan uzaq bir ömür yaşasın və nə özünü narahat etsin, nə də cəmiyyətin əsəbləri ilə oynasın".

Deputat qeyd edib ki, ona bənzər Azərbaycan dövləti üçün problem yarada biləcək şəxslər var: "Onlar da bundan nəticə çıxarmalıdırlar. Sözdə deyil, həm də əməldə cənab prezidentimizə, onun dəst-xəttinə sədaqətlə xidmət etməlidirlər".

Deputatın deməsinə görə, indi Elmlər Akademiyasına gənclərin gəlişi yasaqlanıb, bəzi alimlər onlara göstərilən münasibətlə bağlı küsüb gediblər.

O hesab edir ki, alimlərin yetişdirilməsi ənənəsi bərpa olunmalıdır: "Bunun üçün Elmlər Akademiyasının rəhbərliyinə yüksək peşəkar, olduqca milli, həm də innovator düşüncəli alim gəlməlidir".

"AzPolitika.info"

Şərhlər

Aydın 2022-02-15 23:58:15

Ramiz Mehdiyev və Nəcmədfin Sadıkovun qurdugu xain şəbəkə tam zərəsizləşdirilməlidir. Onlar tək deyillər. Bu xain şəbəkələr tam məhv edilməsə, Azərbsycan dövlətinin gələcəyi yoxdur. Görünən hər şey sabun köpüyü kimidir, bir anda yox olacaq və Azərbaycan deyilən bir dövlət yox olacaq. Xainlər yox edilməli !

alim 2022-02-15 20:00:34

Mən Vahidlə tam razıyam. 1-ci Isa Həbibbəyli gedməlidir.

Surxay 2022-02-15 19:04:31

Ramiz kimiləri var deyirsən. Varsa dərhal məhv eləmək lazımdır. Daha babayolu vermək nə demək.

Vidadi Rəhimov 2022-02-15 18:39:04

Milli qarışıqlı məmurlar dövlət vəzifələrindən azad edilməlidirlər.yoxsa bu məsələ çox su aparacaq.Əsilləri Rusiya.Ermənistanla və digər milliyyətlərlə qarışıq olanlarda Azərbaycanlı qanı axmadığından onlar Azərbaycanda dövləti vəzifələrdə saxlanılmamalıdırlar.İnlar 5-ci kolonun dayaqlarıdır.Azərbaycan xalqına onlardan xeyir gəlməyib və gəlməyəcək.

Vahid 2022-02-15 17:05:25

Ramiz Mehdiyevin AMEA-dakı bütün komandası istefa verməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol