"Müəllimlərin sertifikasiya imtahanlarının bu il üçün nazirliyin fəaliyyət istiqamətlərinə uyğun keçirilməsi nəzərdə tutulur".
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, sertifikasiya imtahanlarının MİQ müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi hələ nəzərdə tutulmur: “İmtahanın hər hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib. Hesab edirik ki, hər bir halda prosesin başlanması, həyata keçirilməsi ilə bağlı qəfil və ani qərarlar verilməyəcək. Əgər imtahanın keçirilməsi barədə yekun qərar olacaqsa, bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.


Şərhlər
Təhsili eksperiment bazasına,müəllimləri sınaq dovanıarına çevirməklə bu Təhsil alverçiləri niyə gəncliyin inkişaf perspektivlərinin qarşısını alırlar?Normal Sovet təhsil sistemini bəyənməyib.onu çıxılmaz vəziyyətə salmaqla nəyə nail olduq? Lazımsız,bazasız fiktiv universitetlər açıb.təhsili alver ,rüşvət bazasına çevirdik və nəticədə ömrünün 4 ilini xərcləyib bir ciddi ixtisasa malık olmayan işsizlər ordusu yaratdınız.Axı bu təkcə gənclərə təsir etmədi,ölkədə idarəçiliyə.inkişafa və tərəqqiyə böyük zərbə oldu.Niyə bu vacib sahə dövlət tərəindən ciddi nəzarətə götürülüb uyğun təhsil prossesi təşkil edilmir? Bu kimlərə sərf edir?Axı bizgələcəyimizi məhv edirik.