Menu

“Həm Putin, həm də Zelenski ilə təmasdayıq” - Ərdoğan

16.02.2022, 16:03
“Həm Putin, həm də Zelenski ilə təmasdayıq” - Ərdoğan

“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə dialoq və təmasdayıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib.

“Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”, - dövlət başçısı vurğulayıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyası aparmaqla onun məsələlərə münasibətini öyrənəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol