Menu

"Ağdam büsbütün viran qoyulub" - Məhəmməd Vasim

16.02.2022, 21:28
"Ağdam büsbütün viran qoyulub" - Məhəmməd Vasim

Erməni işğalı dəhşətli fəsadlar yaradıb, Ağdam büsbütün viranəyə çevrilib, şəhərdə bütün evlər dağıdılıb.

Bunu “Report”a 21 ölkədən Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən tanınmış səyahətçilər arasında olan əlcəzairli Məhəmməd Vasim Allahi bildirib.

“Doğrudan da bütün bunların bu dərəcədə olması dəhşətdir. Yolboyu ancaq viranələr gördük, bütün evlər dağıdılıb, - səyahətçi Azərbaycana ikinci dəfədir gəldiyini, amma azad olunmuş torpaqlara ilk dəfə qədəm basdığını dilə gətirib.

Xatırladaq ki, Azərbaycanın azad olunmuş ərazisinə tanınmış əcnəbi səyyahların bu gün başlayan səfəri çərçivəsində tarixi və mədəni abidələrlə, habelə erməni işğalçılarının törətdiyi dağıntılarla tanışlıq nəzərdə tutulur. Qonaqlar bölgədə aparılan bərpa və yenidənqurma işləri ilə də tanış olacaqlar.

Nümayəndə heyəti artıq Şuşa və Ağdama səfər edib.

Şərhlər

t.ədalət 2022-02-17 11:27:06

İşğal olunmuş ərazilərdəki dağıntıların təşkilatçısı Rusiyadır.Çar dövründən üzübəri Rusiya ordusunun ayağı dəyən yerlərdə körpələrin qətli,insanların yurd-yuvalarının dağıdılması kimi anti-insani hərəkətlər olub.Bu gün də davam edir..

Zanzibar 2022-02-16 21:44:09

Bunu ne geder demek olar ki Agdam viran olub?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol