Cari ilin sonuna qədər Özbəkistanda 4 istilik və 1 günəş elektrik stansiyası (ümumi gücü 964 MVt) istismara veriləcək. Bu barədə fevralın 16-da “podrobno.uz” saytı respublikanın Enerji nazirliyinə istinadla xəbər verib.
Apreldə Səmərqənd vilayətində günəş fotoelektrik stansiyasının işə başlaması planlaşdırılır (gücü 100 MVt) .
Gücü 230 MVt və 240 MVt olacaq iki istilik elektrik stansiyası (İES) Daşkənd vilayətində və bir İES (gücü 174 MVt) Xarəzm vilayətində mart ayında istismara veriləcək. Bir İES isə (gücü 220 MVt) Sırdərya vilayətində ilin sonunda istifadəyə təhvil veriləcək.
Nəticədə, Özbəkistanın enerji sisteminin ümumi gücü 16000 MVt-ı adlayacaq.
Sayt xatırladır ki, bu ilin yanvarında ölkədə artıq iki İES - 270 MVt gücü ilə Buxara vilayətində və 240 MVt güclə Daşkənd vilayətində işə başlayıb.
“AzPolitika.info”


Şərhlər