Menu

TAHİR KƏRİMLİNİ ÖLÜMLƏ KİM HƏDƏLƏYİB? - DİN-dən açıqlama + VİDEO

17.02.2022, 11:30
TAHİR KƏRİMLİNİ ÖLÜMLƏ KİM HƏDƏLƏYİB? - DİN-dən açıqlama  + VİDEO

Deputat Tahir Kərimlinin qəribə və deklomasiyaya bənzər video-çıxışı yayılıb. Bu videoda o, onu ölümlə hədələyənlərə xüsusi pafosla, deklomasiya janrında cavab verir. Video bütün sosial şəbəkələrdə dolaşmaqdadır. Deputatla əlaqə saxlayıb bu qəribə videonun səbəbini aydınlaşdırmağa çalışdıq. Lakin deputatın telefonları bağlı olduğundan ondan video-çıxışı ilə bağlı fikirlərini öyrənə bilmədik.

Eyni zamanda, DİN və digər hüquq mühafizə orqanlarına da müraciət etdik. Onlar bu barədə məsələ qaldırıblarmı və Azərbaycan deputatının ölümlə hədələnməsi faktını araşdıracaqlarmı?

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb.

Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.

Şərhlər

Türk Turan 2022-02-17 19:18:38

Tahir Kərimlini tənqid etmək olar, amma təhqir etmək ədəbdən deyil. Hər bir insan öz vicdanı qarşısında hesab verməlidir ki, mən kiməm. Bu çıxışda həqiqət var, lakin Tahir bəy əjdahadan istifadə etməməli idi. Tələffüzündə müəyyən səhvlər var idi ki, onlar üzərində işləməli idi. Azərbaycan və Türkiyə üçün bu cür canfəşanlıq müəyyən mənada təqdirəlayiqdir.

Sədi 2022-02-17 13:33:46

Deputatdan deyil e zır dəlixanadır.Dəlisi budur. Hələ lalı var, karı var, koru var.... Hamısı da az qala birinci qrup.....Sahil Babayev də insaf edib bunlara əlillik pensiyası kəsmir ki pul qoqqu.... Yazıqdılar axı...

Əli 2022-02-17 13:29:04

Nənən ölsün ay Totux..Qurdun yenəmi tərpəndi? Axı əvvəllər yazda tərpənirdi indi noldu, qabaga düşüb deyəsən. Nənən sa qurvan olsun elə....

Tahir 2022-02-17 13:19:02

Oxay!!! Bir-iki dəqiqəlik də olsa özünü Azadlıq meydanında, (ya da əvvəlki MM -də) xalq kütlələri qarşısında alqışları aguşunda təkrarolunmaz orator kimi hiss elədi. Bu dəlidi deyəsən...

Türk Turan 2022-02-17 12:21:23

Nə mutlu türküm deyənə!

Vətəndaş 2022-02-17 12:20:47

Bu adam xəstədir. Siyavuşdan da ağır xəstədir.

Tahir 2022-02-17 11:56:00

Blef yapıyor... Sadəcə bu sözləri demək üçün zəmin hazırlayıb. Gələcəkdə tarixdə yaxşı xatırlanmaq xəyalından doğan cılız düşüncə..İnqilabi situasiyada pafoslu çıxışlar bunları arenaya çıxardı. Adi vəziyyətdə bunlar heç kimdir.

Fərq 2022-02-17 11:41:23

Şizofreniya.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol