Menu

AMEA -da PREZİDENT SEÇKİSİNİN VAXTI MƏLUM OLDU - Mehdiyevi kim əvəz edəcək?

17.02.2022, 19:19
AMEA -da PREZİDENT SEÇKİSİNİN VAXTI MƏLUM OLDU - Mehdiyevi kim əvəz edəcək?

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Vesti.az saytınIn verdiyi xəbərə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

***

Bu arada konkret.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA-da təhvil-təslim prosesi də başlayıb. Belə ki, artıq Ramiz Mehdiyevin vəzifəsini AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.

A.Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun “Elektrofizika” laboratoriyasında işləməyə başlayıb. Hazırda laboratoriya “Yüksək gərginliklərin fizikası və texnikası” adlanır və A.M.Həşimov onun rəhbəridir.

O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilib. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilib.

2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilib və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra edib. A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxuyub və “Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası”nın professoru olub.

Hazırda Azərbaycan Texniki Universitetin professorudur. AMEA Fizika İnstitutunda fəaliyyət göstərən alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olub.

“Energetikanın problemləri” jurnalının baş redaktorunun müavini, “Fizika” jurnalının redaksiya heyətinin üzvüdür.

Qeyd edək ki, Arif Həşimov 5 noyabr 2021-ci ildən AMEA-nın birinci vitse-prezidentidir.

Şərhlər

Veteran 2022-02-18 15:53:21

Köhnə hamam,köhnə tas.

ELİF 2022-02-18 10:15:07

NAHÇIVANLI OLMASAYDI VALLAHİ ŞAŞIRARDIM.....

Nadir 2022-02-18 09:04:59

bu boyuklukde Azerbaycanda adam tapilmadi?

TT 2022-02-18 06:48:27

Hamam hamam icinde ,,,,Biz niye beleyik heee ?

Adil 2022-02-17 23:50:32

Rəzalətdir!

Elxan 2022-02-17 21:38:08

Burda bir nəfər özü ilə, ictimaiyyəti qarışıq salıb. Arif Həşimov Ramiz Mehtiyevin "dublikatıdır"...

SAVALAN 2022-02-17 21:04:09

Afərin! Yerlibazlıq ənənələrini inkişaf etdirmək lazımdır !!!

Ədalət 2022-02-17 20:15:39

AMEA-da məgər semokratik fikirli, savadlı alimlər yoxdur? Elə mütləq Ramizin əsabələri idarə etməlidir? Yenə də pult Mehdiyevin əlində olacaq....

Azər 2022-02-17 20:05:07

Bu “kontoru” bağlamaq lazımdır…

Vuqar m 2022-02-17 19:00:22

Akademik Arif Həşimovu elmi ictimayyət yaxşı tanıyır və çox hörmət edir. Saf, müdrik insan və alimdir. Layiqdir! Dəstəkləyirik!!!

AMEA lazimdimi ? 2022-02-17 18:12:30

heee ??? havayi pul yeyirler, haram pullar 1 ixtirada yoxdu !!! ayibdiyeee

alim 2022-02-17 17:51:10

Elə zənn edin ki Ramiz Mehdiyev heç istefa verməyib. Arif Həşimov Ramizin ən etibarlı kadrıdır. İsa Həbibbəyli kimi sözünün sahibi olmayanın biridir. Yazıq AMEA yağışdan çılxır, yağmura düşür!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol