Menu

Dağıstanın baş naziri istefa verib

17.02.2022, 20:54
Dağıstanın baş naziri istefa verib

Dağıstanın rəhbəri Sergey Melikov Abdulpatax Əmirxanovun respublika hökumətinin başçısı vəzifəsindən istefa verməsi haqqında fərman imzalayıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sənəddə qeyd olunur ki, Əmirxanov istefa ərizəsini öz xahişi ilə verib.

Məlikov həmin fərmanla hökumətin sədri vəzifəsini müvəqqəti icra edən Əbdülmüslim Əbdülmüslimova həvalə edilib.

Əmirxanov 2020-ci ilin dekabrından Dağıstanın Nazirlər Kabinetinə rəhbərlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol