Menu

Dünya bazarında qızılın qiyməti son 8 ayda ən yüksək həddə çatıb

18.02.2022, 00:52
Dünya bazarında qızılın qiyməti son 8 ayda ən yüksək həddə çatıb

Dünya bazarında qızılın qiyməti 2021-ci ilin iyun ayından bugünədək ilk dəfə bir unsiya üçün 1 900 ABŞ dollarını ötüb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Comex" birjasında ticarət sessiyasında qızılın qiyməti ABŞ-da geosiyasi gərginlik və yüksək inflyasiya fonunda maksimuma çatıb.

Qiymətli metalın qiyməti sessiyanın başlanğıcında 1,3% artaraq bir unsiya üçün 1895,8 ABŞ dolları olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol