Menu

Salyanda ağır yol qəzası olub - Ölən və yaralananlar var

18.02.2022, 09:08
Salyanda ağır yol qəzası olub - Ölən və yaralananlar var

Salyanda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasl baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçə hissəsində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes Sprinter” markalı avtomobilin “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol