Menu

Ötən gün şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb

18.02.2022, 09:31
Ötən gün şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb

Ötən gün şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, fevralın 17-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 54 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib, 93 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol