Böyük knyagina peyğəmbərin nəslinin nümayəndəsiymiş
Rusiya İmperator Evinin rəhbəri, (RİE) böyük knyagina Mariya Vladimirovna Məhəmməd peyğəmbərin (s.ə.s) nəslinin nümayəndəsi çıxıb.
ANS PRESS-in məlumatına görə, bunu özbək jurnalistlərə açıqlamasında RİE-nin kargüzarlıq işləri üzrə müşaviri olan Kiril Nemiroviç Dançenko deyib.
O, Özbəkistana səfərində bu açıqlamanı verib. Dançenkonun səfərinin məqsədi knyagina Mariya Vladimirovnanın 3-15 noyabr tarixinə səfərinə hazırlıq olub.
"Bu "Min bir gecə" nağılı deyil. Bu bütün müsəlman dünyası tərəfindən hüquqi olaraq qəbul edilən bir faktdır. Dünyada peyğəmbər (s.ə.s) nəslinin onlarla davamçısı yaşayır. Və belə alınıb ki, Rusiya çarlığının nümayəndələrinin də damarlarında Məhəmməd peyğəmbərin (s.ə.s) qanı var".
Onun sözlərinə görə, knyagina çar Davidin nəslindəndir. Belə ki, onun anası - anadangəlmə gürcü çarı olub.
Provaslavlar üçün Böyük knyagina Rusiya tarixində patriarx Filaretin nəslinin yeganə nümayəndəsidir.
"Patriarx monarx olana kimi övlad sahibi olub. Onun oğlu Mixayıl Romanovların ilk nümayəndəsi olub. Bununla da 3 dinin bir simada birləşdiyi unikal vəziyyət yaranıb. Mən dünyada başqa belə presedent bilmirəm".
Müşavirin sözlərinə görə, M.Vladimirovna Rusiya imperator evinin rəhbəri, Ümumrusiya imperatorların varisi və xanədanın mənəvi dəyərlərinin və tarixi ideallarının qoruyucusudur.
Dançenko onun Özbəkistana səfər edəcək il RİE rəhbəri olduğunu deyib. Səfər zamanı o Buxara, Səmərqənd, Xivə, Kaqan şəhərlərini, provoslav məbədlərini ziyarət edəcək.
Qeyd edək ki, Mariya Vladimirovna Romanovna 1953-cü ildə İspaniyada doğulub. Vladimir kriloviç Romanov və knyagina Leonida Georgiyevna Baqration-Muxranskinin yeganə övladıdır.
[gallery columns="4" ids="66347,66348,66349,66350"]


Şərhlər