Menu

Almaniya ordunun döyüş hazırlığı səviyyəsini yüksəldib

19.02.2022, 00:53
Almaniya ordunun döyüş hazırlığı səviyyəsini yüksəldib

Almaniya Bundesveri mümkün eskalasiya halında NATO-nun Çevik Reaksiya Qüvvələrinin tərkibində öz qoşunlarının döyüş hazırlığı səviyyəsini yüksəldib.

Bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Voltersin tələbi ilə və müttəfiqlərlə sıx koordinasiya əsasında federal hökumət Çevik Reaksiya Qüvvələrində iştirak edən Bundesverin döyüş hazırlığı səviyyəsini artırıb. Bu tədbir heç bir şəkildə yerdəyişmə ilə müşayiət olunmur, bu, NATO-nun Çevik Reaksiya Qüvvələrinin aktivləşdirilməsi vəziyyətində yenidən yerləşdirilmə üçün hazır vəziyyətə gəlmək üçün vaxtın azaldılması üçün hazırlıq tədbiridir”, - deyə məlumatda bildirilir.

Nazirlik xatırladıb ki, NATO qüvvələrinin köçürülməsi üçün Alyans Şurasının qərarı lazımdır.

Şərhlər

Hərbi pensiyaçı 2022-02-19 12:43:55

Döyüş hazırlığı səviyyəsi yox döyüşə hazırlığın səviyyəsi artırıla bilər. Bunlar ayrı ayrı terminlərdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol