Menu

İqtisadi Şura inflyasiyanın məqbul səviyyədə saxlamağın yollarını axtarır

19.02.2022, 16:28
İqtisadi Şura inflyasiyanın məqbul səviyyədə saxlamağın yollarını axtarır

Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında qlobal ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və onun alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bu kontekstdə Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məsələləri əsas diqqət mərkəzində olub.

İclasda yüksək inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.

Şərhlər

Vəli 2022-02-20 13:18:32

Zərdabda xeyli müddət idi ki, bir nəfər maskalar araq, komuflyaj geyimində gecələr bina və tikintilərə ziyanlıq törədir, magazalardan ogürluq edirdi və ələ keçmirdi. Bu gecə polis əməliyyat keçirərək şəhər sakini Əli Əkbərovu həbs edib. Onu hamı sok Əli deyə çağırırdı. Zərdab sok zavodunun direktoru işləmişdir.

iş-siz qalan 2022-02-19 16:50:45

goplamayın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol