Menu

Azərbaycan deputatları İrəvanda səfərdədirlər (Yenilənib)

21.02.2022, 14:16
Azərbaycan deputatları İrəvanda səfərdədirlər (Yenilənib)

Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, deputatlar fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak edəcək.

Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

***

Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Şərhlər

RR 2022-02-21 12:39:16

aha )))

miri 2022-02-21 12:32:08

Deputat nişanı ilə deputat tanınmaq istəyənləri hec olmaya orda tanıyacaqlar?

t.ədalət 2022-02-21 10:53:21

Azərbaycan deputatlarının yerevana getməsi çox pis haldır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol