Menu

Gürcüstanda koronavriusa 4 775 yeni yoluxma qeydə alınıb

21.02.2022, 11:40
Gürcüstanda koronavriusa 4 775 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 4 775 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, daha 19 242 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər isə vəfat edib.

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyası 1 553 668 nəfərdə aşkarlanıb. Onların 1 407 776-sı sağalıb, 15 888-i isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol