Menu

İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirilib

21.02.2022, 14:22
İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirilib

Ermənistanda müharibə veteranları “Zvartnots” hava limanına gedən əsas yolu bağlayıblar.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Azərbaycan parlamentinin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun AVTONEST PA-nın Assambleya iclası üçün Ermənistana səfərinə etiraz ediblər.

Onlar, həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və İstanbul-İrəvan reysinin açılmasına da qarşı çıxıblar.

Polisin müdaxiləsindən sonra yol açılsa da, etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha geniş aksiyalar keçirəcəklərini deyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol