Menu

Qazaxıstan hökuməti sərf etməyən kontraktları ləğv edəcək

21.02.2022, 16:37
Qazaxıstan hökuməti sərf etməyən kontraktları ləğv edəcək

Qazaxıstan mədənlərinin təftişi nəticəsində 170-dən artıq sərfəli olmayan kontrakt müəyyən olunub və onlar ləğv ediləcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Öhdəliklərin yerinə yetirilmədiyi kontraktların ləğv olunması barədə sifarişi Baş nazirin birinci müavini Roman Sklyar bərk qazıntı və karbohidrogen xammalı mədənlərinin təftişi üzrə iclasda verib: “Hökumət tərəfindən istifadəçilərə verilmiş kontrktlara və lisenziyalara yenidən baxılması üzrə sistemli iş aparılır. Belə ki, aparılmış analizlərin gedişində səlahiyyətli orqanlar tərəfindən icrası aşağı səviyyədə olan148 kontrakt (bərk qazıntı) və 27 karohidrogen xammalı mədəni üzrə kontrakt müəyyən olunub”.

Nazirlər Kabinetində qeyd edildiyi kimi, ləğv olunması barədə uyğun xəbərdarlıq göndəriləcək kontrakt və lisenziyaların müəyyn edilməsi planlanır. Mədənlər yeni investorlara verilmək üçün auksiona çıxarılacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol