Menu

Azərbaycan-Gürcüstan birgə universitetinin yaradılması müzakirə olunur

21.02.2022, 17:19
Azərbaycan-Gürcüstan birgə universitetinin yaradılması müzakirə olunur

"Uzunmüddətli perspektivdə Azərbaycan-Gürcüstan birgə universitenin yaradılması, ikili diplomların verilməsi məsələsi müzakirə olunur".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələlər texniki müzakirələr tələb edir, veriləcək qərarlar daha düzgün olmalıdır.

Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı azərbaycandilli məktəblər üçün kadr hazırlığı məsələsinə xüsusi diqqət ayrılıb: "Hesab edirəm ki, bundan sonra iki ölkə arasında ali məktəblərin əməkdaşlığı ilə kadr hazırlığı prosesinə təkan veriləcək".

Qeyd edək ki, Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol