Menu

“ABŞ-ın sanksiyaları gülməlidir...” - Hakim partiyanın deputatları narazıdır

22.02.2022, 15:03
“ABŞ-ın sanksiyaları gülməlidir...” - Hakim partiyanın deputatları narazıdır

“Xalqın qulluqçusu” hesab edir ki, Amerikanın “lnr” və “dnr”-in tanınmasıyla bağlı sanksiyaları real addım yox, imitasiyadır.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın hakim partiyasını təmsil edən Danil Getmantsev jurnalistlərə açıqlamasında ABŞ-ın ilkin olaraq elan etdiyi sanksiyaları sərt tənqid edib: “ABŞ vətəndaşlarına “dnr” və “lnr”-lə ticarət aparmağın və oraya investisiya qoymağın qadağan edilməsi qərarı gülməlidir. Bu cür sanksiyalar bizi ələ salmaqdır. Çünki mən nədənsə Rusiya tərəfindən tanınmasına qədər “lnr” və “dnr”-ə hər hansı ABŞ investisiyaları qoyulması barədə heç nə eşitməmişəm. Düşünürəm ki, indidən sonra da eşitməyəcəm”.

Qeyd edək ki, hakim partiyada və Ukrayna cəmiyyətində adıçəkilən deputat kimi düşünənlər çoxdur. Belə ki, doğrudan da Rusiyanın beynəlxalq hüququ açıq şəkildə ayağ altına alaraq Ukraynanın suverenliyinə qarşı çıxardığı bu qərarla ABŞ-ın elan etdiyi sanksiyalar qətiyyən adekvat deyil. Lakin bununla yanaşı, bir çox ekspertlər ABŞ-ın hələlik gözləmə mövqeyində durduğunu düşünürlər. Onların fikrincə, Ağ ev Rusiya hərbi güc tətbiq edərək Ukraynaya qarşı təcavüz aktı həyata keçirənə qədər ciddi sanksiyalar tətbiq etmək istəmir və hələ də danışıqlardan nəsə əldə olunacağına ümidlidir. Həmçinin, hesab olunur ki, sanksiyaların indidən tətbiq olunması artıq itirəcək az şeyi qalan Rusiyanın hərbi təcavüz üçün əl-qolunu aça bilər.

C.Məmmədov

“AzPolitika.info”  

Şərhlər

esger 2022-02-22 15:56:00

ABŞ rəhbərliyini öz reytinqi düşündürür Ukrainanın vəziyyəti yox Ukrainaya istər ABŞ istər Rusiya bir gözlə baxır Onlar üçün bu növbəti hərbi bazadır dayaq nöqtəsi vəsallam

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol