Menu

"RUSİYA XİN-in TƏHRİF OLUNMUŞ MƏLUMATI TƏƏSSÜF DOĞURUR" - Azərbaycan XİN

23.02.2022, 12:00
"RUSİYA XİN-in TƏHRİF OLUNMUŞ MƏLUMATI TƏƏSSÜF DOĞURUR" - Azərbaycan XİN

"Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur".

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub.

"Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - XİN-dən bildirilib.

Şərhlər

əlil 2022-02-23 13:40:49

gözləyin, belə hələ çox gözləyəcəiniz. "rus qardaşlarınız" hər şeyi "düzəldəcəklər"

t.ədalət 2022-02-23 13:08:49

Rusiya Azərbaycana qarşı düşmən mövqedə olduğunu həmişə göstərir.

Famil 2022-02-23 12:32:31

Esl muttefiq ruhu var ruslarda bize qarshi.....

Kor lal 2022-02-23 11:11:34

Yenə də əl çəkə bilmirik bunlardan, kariqmi, yoxsa koruqmu, yoxsa tupurcəyimiz quruyub?

TurkAy 2022-02-23 11:07:38

Rusiya ilə dostluga inanmaq əqrəbin sancmamasına inanmaq kimi bir şeydir

t.ədalət 2022-02-23 10:59:29

Rusiya nə vaxtdan bizim dostumuz olub?Rusiya Azərbaycandakı casus şəbəkəsi ilə dost ola bilər.

Ахмед 2022-02-23 10:41:12

Это показывает как российский МИД относиться к нынешнему договору

əlil 2022-02-23 10:38:46

urus köməyə görə malades

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol