Menu

"Bəyannamənin imzalanması iki ölkənin misli görünməmiş yaxınlaşması hadisəsidir" - Politoloq

23.02.2022, 13:59
"Bəyannamənin imzalanması iki ölkənin misli görünməmiş yaxınlaşması hadisəsidir" - Politoloq

"Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığına dair Bəyannamənin imzalanması postsovet məkanındakı iki ölkənin misli görünməmiş dərəcədə yaxınlaşması hadisəsidir".

Bunu “Report”un Rusiya bürosuna politoloq, jurnalist, televiziya aparıcısı, ictimai xadim Maksim Şevçenko bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı Bəyannamə tarixi sənəddir və iki ölkənin bundan sonra da əməkdaşlığı davam etdirməyə və artırmağa hazır olduqlarını göstərir.

O, bu Bəyannamənin Azərbaycan ilə Rusiya arasında mövcud münasibətlərin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb: "Bu sənəd xalqlarımız arasında böyük bir dostluğun məntiqi nəticəsidir. Rusiya Prezidenti ölkəsindəki ciddi lobbi olmasına baxmayaraq mövqeyini çox aydın ifadə edərək Qarabağın Azərbaycan olduğunu bildirib”.

Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin müttəfiqlik fəaliyyətinə dair Bəyannamə imzalıayıblar. Bu sənəddə müxtəlif sahələri əhatə edən 40-dan çox bənd var.

Şərhlər

Çingiz 2022-02-23 15:23:03

Anlaşılmayan yaxınlaşma! bir yandan Putin ermənilərin yanındadır,onları Azərbaycana qarşı hazırlayır.digər yandan isə....şBu hiyləgərlik metodu deylmi ?görək qarşımızdakl 5-19 gündə hansı hadisələr baş verəcək?...

Veteran 2022-02-23 14:03:06

İnanan daşa dönsün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol