Menu

Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb

23.02.2022, 18:27
Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb

Bakının Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol