Menu

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü olub

24.02.2022, 16:15
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü olub

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.

“Report” xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.

Danışıqların ikinci raundunda S.Kılıç və R.Rubinyan təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.

Qeyd olunub ki, proses ilkin şərtlərsiz həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol