Menu

UEFA Çempionlar Liqasının final oyununu Rusiyadan alıb

24.02.2022, 16:46
UEFA Çempionlar Liqasının final oyununu Rusiyadan alıb

UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena"da keçirilməyəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Avropa futbol qurumu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın qarşılaşmaya ev sahibliyi etmək hüququnu əlindən alıb.

Qərar fevralın 25-də UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

Qeyd edək ki, cari mövsüm final oyunu mayın 28-də gerçəkləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol