Ukraynanın Müdafiə naziri Aleksey Reznikov nazirliyin rəsmi "Facebook" səhifəsində son vəziyyətlə bağlı açıqlama yayıb. Nazir hazırkı durumu belə təsvir edib:
"Əziz həmvətənlərim!
Ukrayna 16 saatdan çoxdur ki, rus işğalçılarına qarşı mübarizə aparır. Silahlı Qüvvələrimiz, sərhəd xidmətimiz, xilasetmə və digər təhlükəsizlik qurumlarımız, döyüşçülərimiz!
Bütün xalq hissə-hissə müqavimətə qoşulur. Minlərlə vətəndaşımız bölgələrdə yerləşən müdafiə bölmələrimizə üz tutub.
Paytaxtın şimalındaki Sumi bölgəsi və Luqansk vilayətində ağır döyüşlər davam edir. Cənubda vəziyyət düzəlir.
Düşmən bu cür müqavimət gözləmirdi. Xarkov yaxınlığında onları dayanmağa məcbur etdik. Şərq istiqamətində bir çox məntəqələr üzrə geri atıldılar. Rus işğalçıların bir qismi çoxdan təslim olub, əsir düşüblər.
Kreml, desant qoşunları da daxil olmaqla yeni hücum dalğası hazırlayır. Amma ordumuz onları da qarşılamağa hazırdır!
Müttəfiqlərimizdən aldığımız müasir silahları aktiv şəkildə istifadə edirik. Ondan daha çoxu olacaq.
Artıq dövlətlər sanksiyalar tətbiq etməyə başlayıb. Rusiyada müharibə əleyhinə mitinglər də başlayıb.
Sabah ruslar Putinin çılğınlığının nəticəsini öyrənəcəklər!
Torpaqlarımızdayıq! Geri çəkilməyəcəyik!
Və mütləq qazanacağıq!
Ukraynaya şöhrət!"
"AzPolitika"


Şərhlər
ALLAH UKRAYNAYA VƏ XALQINA KÖMƏK OLSUN.AMİN.
Azərrbaycan xalqı Sizinlədir! Tanrım haqq işinizdə Sizin yardımçınız olsun!
Ukraynalıların qələbəsinə inanıram.Bizim könüllü döyüşçülərimiz də rus hərbiçilərini qabaqlarına qatıb qovurdular....
Yaşasın UKRAYNA XALQI !!!!!!!!!!!! AZƏRBAYCAN hökuməti ruslardan qorxub ərazi bütövlüyünz haqqında danışa bilməsə belə, əziz UKRAYNA XALQI bilin ki, AZƏRBAYCAN Xalqı sizinlədir !!!