“Rusiya qoşunları Ukraynaya hücum zamanı ciddi itkilər verir”. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” hesabında qeyd olunub.
Bildirilib ki, 25 fevral yerli vaxtla saat 03:00-a qədər Rusiya ordusunun yeddi təyyarəsi, altı helikopteri, 30-dan çox tankı, 130 zirehli döyüş maşını məhv edilib.
Həmçinin Rusiya ordusunun 800-ə yaxın hərbçisinin öldürüldüyü qeyd olunub.
***
Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisi təxminən 400 nəfər təşkil edib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
"İlkin hesablamalara görə 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb", - Arestoviç vurğulayıb.
O, həmçinin bildirib ki, Birgə Qüvvələr Əməliyyatı zonasında, ilkin hesablamalara görə, “Rusiya ordusunun tərkibinə daxil olan 1-ci və 2-ci ordu korpuslarınin təxminən 50-60 min şəxsi heyəti iştirak edir.
"Lakin bu o demək deyil ki, onlar bizim mövqelərimizə birbaşa basqın edirlər. Bunlar ikinci və ya üçüncü eşelonlardır və s. Orada bizim on minlərlə əsgərimiz var", - Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri əlavə edib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 316 hərbçi yaralanıb.
O qeyd edib ki, Zmeynıy adasını müdafiə edən sərhədçilərin hamısı Rusiya qoşunları ilə döyüşdə həlak olublar.
V.Zelenski həmçinin bildirib ki, Rusiya mülki hədəflərə hücum edir. 44 yaşlı V.Zelenski guya onun Kiyevi tərk etməsi ilə bağlı şayiələri təkzib edib.
“Düşmən birinci hədəf kimi məni, ikinci hədəf kimi isə mənim ailə üzvlərimi seçib”, - Ukrayna Prezidenti vurğulayıb.
O, həmçinin Rusiya silahlı qüvvələrinin diversiya qruplarının Kiyevə daxil olduğunu bildirib.

Şərhlər
Qorxmayin Ukrayna, duzdur bunu demek asandir, amma biraz doze bilsez, ve Turkiyenin Canaqqale zeferini nezer yetirsez ve xalq olaraq silaha sarilsaz "rus donuzlarini" olkeden redd edeceksiz. Allah subhenaTeala sizi qorusun.