Menu

Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başlayıb

25.02.2022, 14:56
Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başlayıb

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu Vətənə geri dönmək istəyən vətəndaşlarımız üçün qeydiyyata başlayır.

Bu barədə “Report”a fəxri konsulluqdan məlumat verilib.

Bildirilib ki, Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətlərində yaşayan və Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək üçün fəxri konsulluğa müraciət edə bilərlər.

Azərbaycan vətəndaşaları bununla bağlı aşağıdakı nömrələrlə əlaqə saxlamalıdırlar:

057 700 05 31
063 047 05 50

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol