Menu

“Siz işğalçısınız, lənətə gələsiniz” - Ukraynalı qadının rus əsgərləri ilə dialoqu + VİDEO

25.02.2022, 16:22
“Siz işğalçısınız, lənətə gələsiniz” - Ukraynalı qadının rus əsgərləri ilə dialoqu + VİDEO

Ukrayna mətbuatında və sosial şəbəkələrdə Xerson şəhərində bir ukraynalı qadının rus əsgərlərilə dialoqu geniş əks-səda doğurub.

“AzPolitika.info” xəbər verir ki, qadının cəsarətli hərəkəti böyük marağa səbəb olub.

O, əli silahlı rus əsgərlərinə yaxınlaşaraq, onları lənətləyib və “rədd olub getmələrini” tələb edib: “Siz kimsiniz? Rusiyalısınız? Nə edirsiniz burada? Siz işğalçısınız! Siz faşistsiniz! Niyə bizim torpaqlara silahla gəlmisiniz? Günəbaxan tumları alıb, cibinizə qoyun. Heç olmasa buraya uzanandan sonra yerinizdə günəbaxanlar çıxsın(məhv ediləcəklərini və kübrə kimi torpağa qarışacaqlarını nəzərdə tutur-red.). Siz mənim torpağıma gəlmisiniz, siz işğalçısınız, düşmənsiniz. Lənətə gələsiniz...” 

Rusiya hərbçisi isə qadının sakitləşməsini və uzaqlaşmasını tələb edir.

“AzPolitika.info”   


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol