Menu

“Krımı və Ukraynanı dəstəkləyirəm” - Səlcuq Bayraktar

25.02.2022, 22:10
“Krımı və Ukraynanı dəstəkləyirəm” - Səlcuq Bayraktar

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar özünün tviter hesabında Ukraynaya dəstək verib.

“Report” xəbər verir ki, o Rusiyanın Ukraynaya hücumunu pisləyib.

“Rusiyanın müstəqil bir xalqın suverenliyinə məhəl qoymayaraq qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm.

İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krımı və Ukraynanı dəstəkləyirəm”, - Bayraktar sosial şəbəkə hesabında yazıb.

Şərhlər

Türk Turan 2022-02-25 23:19:29

Əhsən sənə Səlcuq bəy, sən əsl türk oğlu türksən. putinə Allah lənət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol