Menu

NATO UKRAYNAYA HƏRBİ DƏSTƏK VERƏCƏYİNİ AÇIQLADI - "Gəmilərimiz Aralıq dənizindən şimala keçdi"

26.02.2022, 00:03
NATO UKRAYNAYA HƏRBİ DƏSTƏK VERƏCƏYİNİ AÇIQLADI - "Gəmilərimiz Aralıq dənizindən şimala keçdi"

“Bu gün liderlər olaraq Ukraynaya dəstəyimizin davamı ilə bağlı qərar qəbul etdik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun fövqəladə iclasından sonra mətbuata açıqlamasında bildirib.

“Müdaxilə qüvvələrimizi dənizdə, quruda və havada hərəkətə keçirdik.

ABŞ, Kanada və Avropadakı müttəfiqlərimiz minlərlə hərbçisini ittifaqın şərq qanadına daşıdı. Gəmilərimiz Aralıq dənizindən şimala keçdi.

Rus birlikləri Kiyevə doğru irəliləyir, məqsədləri hökuməti dəyişdirməkdir.

Rusiyanı bu mənasız müharibəyə son verməyə çağırırıq. Rusiya təcavüzkardır. Belarus ona kömək edir. Rusiya bunun ağır nəticələrini ödəyəcək.

Ukraynaya hərbi və fərqli tipdə avadanlıqlarla dəstək verməyə davam edəcəyik”, - o bildirib.

Şərhlər

t.ədalət 2022-02-25 22:53:19

Putin Rusiyanı dünya müharibəsinə yaxınlaşdırıb.Şübhə yox ki,Rusiyanın tərkibində olan milli qurumlar tezliklə Rusiyadan ayrılmağa qərar verəcəklər.Ağıllı xalq öz övladlarını Putinin şıltaqlığına qurban vermək istəməz.Biz yaxın günlərdə Tatarıstanın və başqa milli qurumların Rusiyadan ayrılma istəyinin şahidi olacağıq.

Azer 2022-02-25 22:50:39

Eger digrudursa sevdim seni NATO

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol