Ukrayna paytaxtı Kiyevdə hündürmərtəbəli binalardan birinə raket zərbəsi endirilib.
"AzPolitika.info” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Raket Lobanovski küçəsindəki hündürmərtəbəli binanın 16-17-ci mərtəbələrinə düşüb.
Məlumatda deyilir ki, xoşbəxtlikdən insan tələfatı olmayıb və binanın sakinləri evakuasiya edilib.
Hələ müharibə başlamamışdan öncə bir çox hərbi ekspertlər Rusiya silahlarının dəqiqlik sarıdan axsadığını bildirirdilər. Bu da son günlərdə öz təsdiqini tapır. Bununla yanaşı, Rusiyanın qəsdən yaşayış komplekslərini nişan aldığına dair də məlumatlar var.
“AzPolitika.info”


Şərhlər
bu binalar qəsdən atılır!