ORDUMUZDAN ERMƏNİLƏRƏ SƏRT XƏBƏRDARLIQ - "Azərbaycan qanunlarına riayət edin, əks halda güc tətbiq olunacaq" + FOTO/VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni dilində səsgücləndiricilər vasitəsilə Qarabağ ermənilərinə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinin qalıqlarına xəbərdarlıqla müraciət edib.

"AzPolitika.info" Caliber.az-ın hərbi dairələrdəki məlumatlı mənbələrinə istinadla bildirir ki, xəbərdarlıq mətni aşağıdakı kimidir:

“Erməni milliyətli vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz! Burada istənilən fəaliyyət Azərbaycan qanunları əsasında tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər bir şey qanunsuzdur. Hazırda apardığınız mühəndis işləri qanunsuzdur.

Müharibəyə hazırlaşmayın və bizim ərazimizdə sərhəd qurmağa çalışmayın! Əgər burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına riayət edin!

Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin. Əks halda sizə qarşı güc tətbiq olunacaq. İtkilərinizə görə məsuliyyət sizin üzərinizə düşəcək. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!”

Həmçinin Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə xəbərdarlıq edib ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar müvafiq icazə alana qədər iş görülən ərazini tərk etməlidirlər.

635x100

Şərhlər

X 2022-02-27 10:21:52

ALLAHDAN asagi guvencimizsiniz Azerbaycanimizin ordusu esgeri

Veteran 2022-02-27 00:01:23

Psixoloji olaraq əhəmiyyətlidir.Əgər onlar yenə davam etsələr.biz tərəfdən ciddi tədbir görülərsə yuvalarından çıxa bilməyəcəklər.Bu həmdə rus köpəklərinə xəbərdarlıqdır.

SabinaK 2022-02-26 21:08:48

Yaşasın Azərbaycan ordusu!!

Eldəniz 2022-02-26 15:17:27

Başlanğıc üçün pis gedişat deyil , ermənilere pillə verən rusdur yoxsa erməni başına güllə caxsan ceseret edib Azərbaycan Ordusu istiqamətində səngər qazan deyil...Odur ki , ilk öncə xəbərdarlıq sonra kəndi tutmaq lazımdır ,postlar qoymağ lazımdır

Son yazılar