Menu

“Boko Haram” 200-dən çox azyaşlı qızı məcburi ərə verdi

01.11.2014, 16:44
“Boko Haram” 200-dən çox azyaşlı qızı məcburi ərə verdi

Nigeriyanın radikal islam sektası “Boko Haram” hökumət ilə atəşkəs bağlamayacağını açıqlayıb.

Təşkilat qaçırılan 200-dən çox qızla əlaqədar açıqlama verib. Təşkilatın lideri olduğunu iddia edən Abubakar Şekaunun sözlərinə görə, qaçırılan qızları buraxmayacaqlar:

“Nigeriya hökuməti ilə razılaşmamışıq. Bunlar hamısı yalandır. Qızların qaytarılacağını deyənlər xəyal qururlar. Qızların hamısını evləndirdik”, - deyə təşkilat lideri söyləyib.

Nigeriya hökuməti təşkilatın bu cavabına reaksiya göstərməyib.

Qeyd edək ki, hökumət 17 oktyabr tarixində açıqlama yayaraq “Boko Haram” ilə qaçırılan 200-dən çox azyaşlı qızın qaytarılması ilə bağlı atəşkəs əldə olunduğunu elan etmişdi. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol