Menu

Kiyevdə komendant saatı uzadıldı

26.02.2022, 18:18
Kiyevdə komendant saatı uzadıldı

Ukrayna paytaxtı Kiyev şəhərində komendant saatının müddəti uzadılıb. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

“Fevralın 26-dan etibarən komendant saatı 17:00-dan 08:00-a qədər qüvvədə olacaq. Bu müddətə nəzərdə tutulmuş komendant saatı fevralın 28-i səhərə qədər tətbiq olunacaq”, - deyə o bildirib.

Qeyd olunub ki, sözügedən vaxtda küçədə olan bütün mülki şəxslər düşmənin diversiya-kəşfiyyat qruplarına bərabər tutulacaq.

Mənbə: Segodnya.ua

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol