Menu

ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edəcək

26.02.2022, 18:29
ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edəcək

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 350 milyon dollar dəyərində təcili hərbi yardımın edilməsinə icazə verib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, E.Blinken bildirib ki, yardım paketinə daxil olan silahlar Ukraynanın quru və havadan edilən hücumlara qarşı mübarizə qabiliyyətini gücləndirəcək.

"Bu paket Ukraynaya hazırda üzləşdiyi zirehli, hava-desant və digər təhlükələri aradan qaldırmaq üçün əlavə ölümcül müdafiə yardımını əhatə edəcək. Bu, ABŞ-ın öz suveren, cəsur və qürurlu xalqını müdafiə edən ukraynalıların yanında olduğuna dair daha bir açıq siqnaldır" - deyə Blinken bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol