Hava yolu ilə Kalininqraddan Rusiyaya səfər etmək xeyli çətinləşib.
“AzPolitika.info” xəbər verir ki, Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov sosial şəbəkə hesabında çıxış edərkən bildirib ki, Rusiya təyyarələri bundan sonra yeni marşrut xətti üzrə hərəkət etməli olacaq: “Artıq Kalininqrad-Moskva hava yolu xətti Baltik dənizinin üzərindən, neytral ərazidən keçəcək. Çünki Ukrayna böhranıyla əlaqədar Avropa ölkələri Rusiya təyyarələrini öz hava məkanlarına buraxmırlar. Bu səbəbdən də Klaininqrad-Moskva səfərinin müddəti 1 saat uzanacaq”.

Qeyd edək ki, Rusiyanın Ukraynanı işğal etməsindən sonra Böyük Britaniya, Bolqarıstan, Polşa, Ukrayna, Estoniya, Latviya, Çexiya, Litva, Ruminiya və Sloveniya hava məkanlarını Rusiya üçün bağlı elan edib.
“AzPolitika.info”


Şərhlər