Menu

Ukrayna Rusiya tərəfinin itkilərini açıqlayıb

26.02.2022, 23:20
Ukrayna Rusiya tərəfinin itkilərini açıqlayıb

Ukrayna Rusiya tərəfinin itkilərini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Rusiya tərəfi gün ərzində azı 11 müxtəlif tipli helikopter, üç Su-30SM qırıcısı, 2 Su-25 hücum təyyarəsi və İL-76MD hərbi maşınını itirib.

Həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M bombardmançı təyyarəsi 20 hərbi texnikadan ibarət karvanı məhv edib.

“Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir”, - məlumatda deyilir.

Şərhlər

SabinaK 2022-02-26 23:43:38

Davamı gəlsin inşaallah! Qolunuza qüvvet ukraina ordusu!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol