Menu

“Google” Rusiya dövlət KİV-lərinə sanksiya tətbiq edib

27.02.2022, 09:39
“Google” Rusiya dövlət KİV-lərinə sanksiya tətbiq edib

“Google” şirkəti Rusiya dövlət KİV-lərinə qarşı sanksiyalar tətbiq edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, “Google” “YouTube” də daxil olmaqla, öz platforma və əlavələrində Rusiya KİV-ləri üçün monetizasiyanı dayandırıb.

Beləliklə, artıq Rusiya KİV-ləri “Google Tools” üzərindən reklam ala bilməyəcək, yaxud “Google” platformalarında reklam yerləşdirə bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Facebook” şirkətinə məxsus “Meta” Rusiya dövlət KİV-lərinin reklamlarına qadağa qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol