Menu

Türkiyənin XİN başçısı ilə Lavrov arasında telefon danışığı olub

27.02.2022, 18:20
Türkiyənin XİN başçısı ilə Lavrov arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən bildirilib.

Telefon danışığı zamanı, Ukraynadakı mövcud vəziyyətdən Türkiyənin narahatlığını ifadə edən Mövlud Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində ciddi fəaliyyətin vacib olduğunu bildirib.

Həmçinin tərəflər arasında təxliyə və humanitar məsələlər də müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol