Menu

Moskva aeroportlarında 157 reys təxirə salınıb

28.02.2022, 11:15
Moskva aeroportlarında 157 reys təxirə salınıb

Rusiyanın paytaxtı Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 180-dən çox reys ya gecikir, ya da təxirə salınıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Vnukovo”a aeroportunda 6 reys gecikir, 43-ü təxirə salınıb. “Domodedovo”da 9 reys gecikir, 14-ü təxirə salınıb. “Şeremetevo”a hava limanında isə 14 reys gecikir, 100-ü təxirə salınıb.

Qeyd edək ki, Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün tamamilə bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol