Rusiya ordusunun artillieriyaçıları tərəfindən Xarkov şəhərində çoxmərtəbəli binanın həyətinin vurulmasını göstərən videokadrlar yayılıb.
Musavat.com xəbər verir ki, həmin kadrlarda yaşayış massivinin atəşə tutulduğu, bir neçə saniyənin içində 10-dan artıq kasset tipli bombanın binaların həyətində dayanmış avtomobillərin yanına və üstünə düşdüyü, maşınlardan birinin alışdığı görünür.
Bundan başqa, bombardman nəticəsində onlarla ölü, yüzlərlə yaralının olduğu, Rusiya ordusunun Ukrayna şəhərlərini intensiv şəkildə "kasset" bombaları ilə vurduğu bildirilir.
Qeyd edək ki, bu gün Xarkov şəhərinin artilleriya atəşinə məruz qalması və mülki insanların həlak olması barədə sərt mövqeyini bildirən beynəlxalq təşkilatlara Rusiya tərəfinin cavabı belə olmuşdu ki, rus hərbçilər mülki binaları və insanları atəş hədəfi etmirlər.
Görüntüləri təqdim edirik:
***
Xarkovun Rusiya hərbçiləri tərəfində atəşə tutulması nəticəsində 11 dinc sakinin öldüyü təsdiqlənib. Onlarla insan yaralanıb. Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

"Alekseevka, Saltovka, Pavlopol ərazilərində mərmi atılır. Onlarla dinc sakin ölür. Bu, gün ərzində insanların apteklərə, ərzaq mağazılarına getdiyi zaman baş verir. Bu, günahdır. Rusiya ağır artilleriyadan istifadə edir. İndiyədək biz hətta xilasetmə xidmətlərini vaxtında cəlb edə və nəticələrini aradan qaldıra bilmirik”, - Sinegubov bildirib
Qeyd edilir ki, yaralı və ölü sayının artacağı gözlənilir. Dəqiq məlumat tezliklə açıqlanacaq.
Ümumilikdə, son sutka ərzində Xarkov Şəhər Klinik Xəstəxanasına 44 yaralı, o cümlədən 20 hərbçi gətirilib. Onlardan 2 hərbçi və 5 mülki şəxs həlak olub.
***
Rusiya ordusu Ukraynanın Xarkov şəhərini bombalamaqda davam edir.
Jurnalist Eynulla Fətullayev Xarkovdan yazır: "Hamı xilas olmağa çalışır. Rus artilleriyası şəhəri qan gölünə çevirib. Hər yanda meyidlərdi"
***
Xarkov şəhərin işğalçılar tərəfindən bombardman edilməsi davam edir. İşğalçılar içində qadınların və uşaqların da olduğu Poltava-Xarkov da qatarını atəşə tutublar.
Qatar atəşə məruz qaldığı üçün platformada dayanıb və yola çıxa bilmir. Maşinist hamıya yerə uzanmağı əmr edib.
***
Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.
Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.
“Bu kabusu bütün dünya görməlidir”, - DİN rəsmisi vurğulayıb.
***

Ukraynanın Xarkov şəhəri Rusiyanın aviasiya və artilleriya qüvvələri tərəfindən bu dəqiqələrdə atəşə tutulur. Sosial şəbəkələrdə hadisə yerindən görüntülər yayılıb.
“Ekvator” ticarət mərkəzi yaxınlığındakı əraziyə çox sayda mərmi atılıb.
Qeyd olunur ki, Rusiya ordusu yalnız Ukrayna ordusunun hərbçilərinin cəmləşmə yerlərini deyil, bütün şəhəri raket atəşinə məruz qoyubar.
Şəhərin bombalanması görüntülərini təqdim edirik:

Şərhlər
Tökdükləri qanda boğulmağa çox az qalıb! Allah lənət eləsin sizə!!
İnanmıram ki,bundan sonra Rusiya adlı dövlət olsun.Tezliklə Moskvanın yerində də xarabalıq qalıqları olacaq.Bu,qaçılmazdır!