Menu

Almaniya klubu "Qazprom" şirkəti ilə müqaviləni ləğv edib

28.02.2022, 14:35
Almaniya klubu "Qazprom" şirkəti ilə müqaviləni ləğv edib

Almaniyanın "Şalke" klubu Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı ləğv edib.

"Report" II Bundesliqa təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən, müqavilə vaxtından əvvəl ləğv olunub.

Qeyd edək ki, "Şalke" fevralın 24-də formasından şirkətə məxsus yazıların götürüldüyünü açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol