Menu

"Rusiya Oxtirka şəhərinə qadağan edilmiş bomba atıb" - Şəhər başçısı

28.02.2022, 16:42
"Rusiya Oxtirka şəhərinə qadağan edilmiş bomba atıb" - Şəhər başçısı

Rusiya hərbçiləri Ukraynanın Sum vilayətinin Oxtirka şəhərinə Cenevrə konvensiyası ilə qadağan olunmuş vakkum bombası atıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər baçısı Pavel Kuzmenko feysbuk səhifəsində yazıb.

“Düşmən çox çirkin müharibə aparır. Oxtirkaya yenə vakkum bombası atıb. Neft bazası partlayıb”, - deyə o qeyd edib.

P.Kuzmenko vurğulayıb ki, vakkum bombası Cenevrə konvensiyasına əsasən qadağan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol