“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan çıxarılmasını tələb edir”.
“Report” xəbər verir ki, bunu “Current Time”a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
O, paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb
“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.
İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç feysbukda yazıb.
Qeyd edək ki, hazırda Belarusun Ukrayna ilə sərhəd bölgəsindəki Qomel vilayətində rəsmi Kiyev və Moskva arasında danışıqlar gedir.


Şərhlər
Məncə Ukrayna tərəfi _Putin danışıq üçün yararlı deyil, prezidentinizi dəyişin sonra gəlin, şərtini irəli sürsə daha yaxşı olardı.
İlkin şərtlərin bu formada qoyulması doğru tələbdir.Artıq bu cür şərtlərin Ukrayna tərəfii rus köpəklərinə yeritməlidirlər.
ƏLA. HALADIR UKRAYNALILARA. ALLAH PUTİNƏ LƏNƏT ELƏSİN