Menu

ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb

28.02.2022, 17:28
ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb

ABŞ-ın Minskdəki səfirliyi fəaliyyətini dayandırıb, həmçinin Rusiyanın paytaxtı Moskvadakı səfirliyin operativ işlərlə məşğul olmayan əməkdaşlarının könüllü getməsinə icazə verilib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat kontekstində təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol