Menu

Putin taekvondo üzrə qara kəmərdən məhrum edildi

28.02.2022, 19:11
Putin taekvondo üzrə qara kəmərdən məhrum edildi

Dünya Taekvondo Federasiyası (World Taekvondo) 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinə verilmiş fəxri 9-cu dan qara kəməri geri götürüb. Bu barədə federasiyanın rəsmi saytı xəbər verir.

Həmçinin bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə həmrəylik çərçivəsində World Taekvondo yarışlarının təşkilatçılığı ilə keçirilən tədbirlərdə Rusiya və Belarusun dövlət bayraqları və himnlərindən istifadə edilməyəcək və bu ölkələrin ərazisində beynəlxalq yarışlar keçirilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol