Menu

UEFA "Qazprom"la müqaviləni pozub

28.02.2022, 22:18
UEFA "Qazprom"la müqaviləni pozub

UEFA Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qərar dərhal qüvvəyə minib və bütün mövcud müqavilələrə şamil edilib. Bura Çempionlar Liqası, milli komandaların yarışları və 2024-cü il Avropa çempionatı daxildir.

Müqaviləyə əsasən, şirkət hər il UEFA-ya 40 milyon avro ödəyirdi.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Şalke" klubu da "Qazprom"la müqaviləni pozub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol